5 May 20:59
308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc bədii gimnastlardan ibarət Azərbaycan millisinin üzvü İlahə Bahadırova Bakıda keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.

Teleqraf.com xəbər verir ki, o, topla hərəkətlərdə çıxışda fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Digər gimnastımız Gövhər İbrahimova isə halqalarla hərəkətlərdə yeddinci pilləni tutub.

Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kubokunda 37 ölkədən 160 idmançı iştirak edir. Yarışa bu gün - mayın 5-də yekun vurulacaq.


Müəllif: Teleqraf.com