6 May 01:26
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda dava zamanı 23 yaşlı oğlan bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə NZS qəsəbəsində qeydə alınıb.

Küçədə qeydə alınan dava zamanı 2001-ci il təvəllüdlü Quliyev Zaur Zülfi oğlu bıçaqlanıb.

Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com