6 May 00:16
297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı "HƏMAS" ilə davam edən danışıqları başa çatdırmağa çağırıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Yelisey Sarayından bildirilib.

Məlumata əsasən, E.Makron prioritet kimi girovların azad edilməsinin vacibliyini vurğulayıb və vasitəçilik səylərini tam dəstəklədiyini bildirib. O, həmçinin İsrailin bölgədəki əməliyyatlarını dayandırmağa çağırıb.

E.Makron B.Netanyahu ilə girovların azad edilməsinə, mülki şəxslərin müdafiəsinə və regional gərginliyin azaldılmasına zəmanət verəcək razılaşmanın əldə olunmasının zəruriliyini müzakirə edib.


Müəllif: Teleqraf.com