5 May 17:27
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon prokurorluğunun məlumat verilib.

Qeyd olunub ki, araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nurəddin Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

16.42

Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 1996-cı il təvəllüdlü Məmmədova Ayşən Namaz qızı boğularaq qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Məmmədov Nurəddin Mehbalı oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov