27 Fevral 2017 13:05
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanlı multimilyonçu Yorqos Vakakisin oğlu dəhşətli qəza törədib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, idarə etdiyi "Porshe" markalı avtomobillə yol kənarında dayanmış "Honda" markalı maşını əzib.

Təhlükəsizlik kamerasına əks olunan görüntülərdə qəzadan sonra güclü partlayışın baş verdiyi görünür. Məlumatlara görə, yüksək sürətlə hərəkətdə olan "Porshe"nin sürücüsü qəfil idarəetməni itirib.

Qəza zamanı milyonerin oğlu, onun dostu, digər avtomobildə olan qadın və azyaşlı qız dünyasını dəyişib.

Elvin


Müəllif: