26 Avqust 2014 13:20
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada 2 il öncə qaçırılan amerikalı jurnalist azad olunub.

Teleqraf.com-un türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Qətər xarici işlər nazirliliyi açıqlama yayıb.

Məlumatda deyilir ki, Qatar əmri Şeyx Temim bin Hamad əl Sanı Qətər dövlətinin insani dəyərləri üstün tutduğunu və bunun nəticəsi olaraq 2 il əvvəl Suriyada qaçırılan amerikalı jurnalist Peter Theo Curtisinin azad olunduğunu bildirib.

Açıqlamada həmçinin qeyd edilir ki, Şeyx tərəfindən təlimatlandırılan əlaqədar qurumlar jurnalistin sərbəst buraxılması üçün danışıqları uğurla yekunlaşdırıb.

Şeyx onu da qeyd edib ki, bütün bunlar insan hüquq və azadlıqları naminə həyata keçirilir.

P.T.Curtisin Livandakı ABŞ səfirliyinə təhvil verilib.

Xatırladaq ki, Curtisin Nursa Cəbhəsi tərəfindən 2012-ci ildə qaçırılıb.


Müəllif:

Oxşar xəbərlər