12 İyul 2019 17:03
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın ən zəngin iş adamlardan biri olan Mamuka Xazaradze siyasi fəaliyyətə başladığını elan edib.

Teleqraf.com xəbər verir ki, Gürcüstanın ən böyük bankı “TBC Bank” və “TBC Holdinq”in təsisçisi olan Mamuka Xazaradze ölkədəki gərginliyin azaldılması üçün ictimai hərəkatın yaradıldığını açıqlayıb.

Bu barədə Feysbuk hesabında açıqlama verən milyarder iş adamı bildirib:

“Xalqın iştirak etdiyi prosesə aktiv olaraq qatılmaq lazımdır. Buna görə də fərqli sahələrin nümayəndələrinin bir araya gəldiyi yeni bir hərəkatın qurulmasının məqsədəuyğun olmadığını düşünürəm”.

Qeyd edək ki, Mamuka Xazaradze milyarder iş adamı Bidzina İvanişvilinin “Anakliya” dərin dəniz limanı proyektinin ortaqlarından biridir. “Nyu-York Tayms” qəzeti isə İvanişvilinin anlaşılmazlığa görə Xazaradzeni layihədən uzaqlaşdırmağa çalışdığını iddia edib.

Rusiyaya yaxınlığı ilə seçilən İvanişvildən fərqli olarq, Mamuka Xazaradze Böyük Briyaniya və ABŞ-a daha yaxın adam sayılır. İş adamının biznesdəki əsas ortaqları da Britaniya və Amerika şirkətləridir. Buna görə o, siyasi meydanda İvanişvilinin əsas rəqiblərindən biri sayılır. Amerika mediası Xazaradzeyə Gürcüstanda “onu yıxa biləcək yeganə güclü əl” kimi baxır.

Əlavə edək ki, iyunun 20-dən Tiflisdə Rusiya əleyhinə etiraz aksiyaları keçirilir.


Müəllif: Mənsur Rəğbətoğlu