28 Noyabr 2019 18:20
2 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ prosesində sülh danışıqlarına və problemin dinc yolla həllinə alternativ yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu KTMT dövlət başçılarının iclasında çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan hesab edir ki, Qarabağ münaqişəsi ətrafında yaranacaq eskalasiya Cənubi Qafqazın hüdudlarından kənara çıxacaq:

“Buna görə də biz sülh istəyimizi bir daha diqqətinizə çatdırıram, təqdim etdiyim konsepsiya əsasında münaqişənin sülh yolu ilə həlli ilə bağlı konstruktiv dialoqa hazırıq. Danışıqları ATƏT-in Minsk qrupu - beynəlxalq səviyyədə təsdiq edilmiş yeganə danışıq formatı çərçivəsində davam etdirəcəyik. Bu kontekstdə xüsusən Minsk qrupunun Rusiyadan olan həmsədrinə təşəkkürümü bildirirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər