2 Aprel 2020 19:39
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada koronavirusa yoluxmuş 569 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində koronavirusa yoluxanların sayı 4244 nəfər artıb.

“Aprelin 2-i saat 09:00-dək Böyük Britaniyada 163 194 nəfər test edilib, onlardan 33 718 nəfərində diaqnoz təsdiqlənib. Aprelin 1-i saat 17:00-a olan məlumata görə onlardan xəstəxanaya yerləşdirilən 2 921 nəfər vəfat edib”, – deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl əvvəl Böyük Britaniyada 29 474 nəfərdə koronavirus diaqnozu təsdiqlənmişdi, ölənlərin ümumi sayı 2352 nəfər idi. Ölənlərin və yoluxanların sayı son üç gün ərzində artmaqdadır.


Müəllif: Səxavət