OPEK + Monitorinq Komitəsi neft hasilatının azaldılmasının həcmi ilə bağlı layihə hazırlayıb. Kartelin baş katibi Məhəmməd Barkindo cümə axşamı günü keçiriləcək iclasdan əvvəl Vyana razılaşması üzrə hasilatın azaldılması ilə əlaqədar təklifləri dinləyəcək və müzakirə edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə OPEK-dən Rusiya mediasında verilən məlumatda bildirilib.
“Kvotalarla bağlı Monitorinq Komitəsinin layihəsi artıq hazırdır. Qəti inamla saxlanılır, detallar sabah müzakirə ediləcək. Bu axşam OPEK baş katibi Məhəmməd Barkindo bəzi üzv ölkələri ilə hasilatın azaldılması və bu yöndə olan təklicləri müzakirə edəcək”, - məlumatda bildirilib.
Sabah OPEK + formatında bazarlarda vəziyyəti sabitləşdirmək üçün neft hasilatında yeni bir azalmanın mümkünlüyünə dair video konfrans konfrans keçiriləcək. Ardınca G-20-nin enerji bazarlarındakı son durumla bağlı birliyə üzv dövlətlərin enerji sektoru rəhbərlərinin görüşü baş tutacaq. “Qara qızıl”ın dünya bazarlarındakı qiymətlərinin bu görüşlərdən asılı olacağı ehtimal edilir.