Publika.az-ın verdiyi xəbərə görə, bu barədə BBC Böyük Britaniya Müdafiə Nazirliyinə istinadən bildirib. Məlumata görə, “İslam Dövləti”nin infrastruktur obyektlərinə iki müvəffəqiyyətli nöqtə zərbəsi endirib.
Xatırladaq ki, Böyük Britaniya parlamenti keçən həftə əməliyyatlarda Hərbi Hava Qüvvələrinin iştirakına razılıq verib.
ABŞ və beş ərəb ölkəsi (Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İordaniya) 23 sentyabr tarixindən başlayaraq Suriya və İraqda “İslam Dövləti”nin mövqelərinə hava zərbələri endirir. İraqda həyata keçirilən əməliyyata isə bir sıra Avropa ölkələri, həmçinin Fransa, Belçika, Danimarka və Niderland qoşulub.