2 May 2020 12:00
2 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiyamçı Liviya Milli Ordusuna hökumət qüvvələri qarşısındakı son itkilərdən sonra Rusiya tərəfindən atəşkəs anlaşmasına qayıtmaq əmri verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviyanın Tobruk şəhərindəki qeyri-legitim parlamentin sədri, general Xəlifə Haftarın müttəfiqi Aqilə Saleh açıqlama verib.

O, qiyamçı generalın Rusiyanın təlimatı ilə atəşkəs elan etdiyini bildirib.

Hökumət qüvvələrin son əməliyyatlarından sonra Haftar ordusunun çətin durum qarşısında qaldığını deyən Saleh qiyamçıların məğlubiyyətə yaxın olduğunu vurğulayıb:

“Ruslar qarşıdurma bölgəsində vəziyyətin getdikcə, ağırlaşması səbəbindən Haftardan atəşkəs elan etməsini istəyib”.

Hökumət qüvvələri son günlərdə paytaxt Tripoli və ölkənin qərb bölgələrində 3 min kilometrlik əraziləri Haftar ordusundan geri alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər