28 Avqust 2020 14:23
2 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

1983-ci ildə ömürlük həbs cəzası alan Robert Duboysenin 37 ildən sonra günahsız olduğu müəyyən edilib və o, azadlığa buraxılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 37 il həbsə məhkum edilmiş Duboyse ABŞ-ın Florida ştatında gənc qıza təcavüz etməkdə və öldürməkdə ittiham olunub.

O, 1983-cü ildə zorlandıqdan sonra öldürülən 19 yaşlı Barbara Qramsa görə məhkum edilib. Lakin təkrar DNT testləri uzun müddət həbsdə yatan şəxsin günahsız olduğunu ortaya çıxarıb.

Robert Duboyseni həbsxananın qarşısında anası və bacısı qarşılayıb.

Prokuror Varren bildirib ki, yoxa çıxdığı düşünülən fakt və dəillər 55 yaşlı Duboysenin 1983-cü ildə baş verən cinayətdə iştirak etmədiyini ortaya qoyub. .


Müəllif: Cavad

Oxşar xəbərlər