Qara dəniz üzərində kəşfiyyat uçuşu həyata keçirən ABŞ təyyarəsinin qarşısını Rusiyanın 2 qırıcısı alıb.
Teleqraf.com xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ABŞ-a adi Boeing RC-135 tipli kəşfiyyat təyyarəsi Qara dənizin neytral sularında uçarkən rus radarlarına yaxalanıb.
Krım sahilləri istiqamətində müşahidə edilən uçuşun qarşısını SU-27 qırıcıları alıb.
Rusiya tərəfi qeyd edib ki, ABŞ və Rusiya təyyarələri arasında gərginlik yaşandığı zaman İngiltərəyə aid müşahidə təyyarəsi də Qara dəniz üzərində uçuş gəyata keçirib.
Eynu zamanda dəniz üzərində Türk Hava Qüvvələrinə aid KC-135 təyyarəsi də olub.