Ukrayna Prezidenti Volodimir Zelenski təsadüfən uzaqmənzilli silahlarla Rusiyaya zərbələr barədə etirafı dilinə gətirib.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova səsləndirib.
“Zelenskinin bəyanatı "mükəmməl"dir, əvvəlkiləri kimi... Amma bir cümləsi həqiqətən də diqqətəlayiqdir: “Biz bu silahı ilk dəfə deyil ki, istifadə edirik”.
Bir növ belə: ata, niyə bizə qırılmış pəncərəyə görə cəza verirsən, axı biz onları ilk dəfə deyil ki, sındırırıq?!”, - deyə Zaxarova söyləyib.
Zaxarova Ukrayna lideri barəsində təhqiramiz ifadələr də işlədib: “Zelenskinin təkcə vaxtı keçməyib, o, həm də iylənib”.