10:36
3 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen In ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla birbaşa danışıqların bərpasında maraqlı deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Biz artıq ABŞ-la danışıqlarda mümkün qədər irəliləmişik, nəticədə supergücün birgəyaşayışa hazır olduğunu yox, onun güzəştsiz güc mövqeyi və dəyişməz aqressiv, düşmənçilik siyasətini təsdiqlədik” –, deyə Şimali Koreya rəsmisi ABŞ ərazisini hədəf ala bilən ən yeni raketlərin təqdim olunduğu silah sərgisində belə deyib.

Məlumata görə, son bəyanatlar göstərir ki, hazırda Kim Çen In Trampla birbaşa diplomatik danışıqların bərpasında maraqlı deyil.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər