22 Noyabr 19:53
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Hindistanın ən varlı iş adamlarından biri olan Qautam Adanini dələduzluqda ittiham edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.

Məlumata görə, milyarder sahib olduğu şirkətin korrupsiyada iştirak etməsi müqabilində 250 milyon dollar rüşvət almaqda və çirkli pulların yuyulmasında iştirakda şübhəli bilinir. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) Qautam Adanini investorları aldatmaqda və hökumət rəsmilərinə rüşvət verməkdə ittiham edib.

FTB-nin araşdırması müəyyən edib ki, Adani və onun tərəfdaşları gəlirli günəş enerjisi müqavilələri əldə etmək üçün Hindistan rəsmilərinə rüşvət vermək niyyətində olublar.

54 səhifəlik ittihamnamədə iddia edilir ki, 2020-ci ildən 2024-cü ilə qədər müttəhimlər onlara 2 milyard dollardan çox gəlir gətirə biləcək müqavilələr üçün rüşvət verməyə razılaşıblar.

Qeyd edək ki, Hindistanın ən varlı şəxslərindən hesab edilən Qautam Adanin sərvəti 116 milyard dollar dəyərində qiymətləndirilir.


Müəllif: Arzu

Oxşar xəbərlər