Rusiyanın cavab zərbələri ilə bağlı narahatlıqlar rəsmi Kiyev və Ukrayna Silahlı Qüvvələri arasında təşvişə səbəb olub.
Teleqraf.com xəbər verir ki, bunu Avstraliyanın ABC telekanalının jurnalisti Con Layons deyib.
“Hazırda döyüş meydanlarında açıq şəkildə təşviş hökm sürür, buna görə də Ukrayna piyada əleyhinə minalar əldə edir. Döyüş meydanında da, Kiyevdə də təşviş var”, – jurnalist bildirib.
Layonsun sözlərinə görə, ABŞ və digər ölkələrin Kiyevdəki səfirliklərini bağlaması da təşviş əhval-ruhiyyəsindən xəbər verir.
Jurnalist bu fikirləri Ukraynanın Rusiyaya Qərb raketləri zərbələri və Moskvanın buna mümkün cavab reaksiyasını müzakirə edərkən səsləndirib.