10:16
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Şərqi Avropa ölkələrinə hücum edəcəyi təqdirdə, Böyük Britaniya Silahlı Qüvvələri bunun qarşısını almağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Britaniya ordusunun Baş Qərargah rəisinin müavini Rob Maqovan deyib.

“Bu gün Britaniya ordusundan döyüşmək istənilsə, döyüşəcək”, - rəis müavini belə deyib.

Maqovanın sözlərinə görə, hazırda Britaniya ordusu bir sıra hərbi risklərlə yanaşı, üstünlüklərə də malikdir: “Öldürücülük qabiliyyəti daha da artırılmalıdır”.

Həmçinin o, Rusiyanın indiki məqamda Şərqi Avropa ölkələrinə işğalçı hücuma keçməyəcəyini düşünür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər