Rusiya ərazisinə “Storm Shadow” raketi ilə hücumdan sonra Böyük Britaniya Ukraynadakı müharibədə birbaşa iştirak edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin deyib.
“Böyük Britaniya indi bu müharibədə bilavasitə iştirak edir. Çünki bu atışlar NATO, o cümlədən Britaniya personalı olmadan baş tuta bilməz”, - diplomat belə qeyd edib.
Kelin əlavə edib ki, Rusiya ərazisinə zərbə endirmək qərarında ABŞ və Fransa da iştirak edib. Onun sözlərinə görə, bu, nüvə ölkələri arasında toqquşmaya səbəb ola bilər.