15:27
2 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs qərarını reaksiya verib.

Teleqraf.com xəbər verir ki, SEPAH rəhbəri müvafiq qərarın İsrail hakimiyyətini təcrid vəziyyətinə saldığını söyləyib.

“Bu, bu gün dünyada mütləq siyasi təcrid şəraitində yaşayan və məmurlarının başqa ölkələrə səfər edə bilməyən sionist rejiminin (İsrail) sonu və siyasi ölümü deməkdir”, - Salami belə deyib.

SEPAH komandanı BCM-in qərarını “Fələstin və Livan müqavimət hərəkatlarının böyük qələbəsi” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər