22 Noyabr 23:45
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Brent" markalı neftin Londonun "ICE" birjasında gələn ilin yanvar fyuçerslərinin qiyməti noyabrın 8-dən bəri ilk dəfə bir barel üçün 75 dolları ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ticarət platformasında məlumat verilib.

Saat 19:43-ə olan birja məlumatlarına əsasən, "Brent" markalı neftin qiyməti 0,87 faiz artaraq 75,02 dollar/barel təşkil edib.

Saat 19:45 üçün "Brent" qiymətində artım sürəti azalıb və 75,01 dollar (+0,86 faiz) təşkil edib. Eyni zamanda, "WTI" markalı neftin yanvar fyuçerslərinin qiyməti 1,51 faiz artaraq bir barel üçün 71,16 dollar təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər