12:10
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın gələcək administrasiyası İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order vermək qərarına görə Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) qarşı cəza tədbirləri planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Kan News” telekanalı Vaşinqtondakı mənbələrə istinadla məlumat yayıb.

Rəsmi mənbələr kanala bildiriblər ki, Trampın komandası BCM-in baş prokuroru Kərim Xan, eləcə də order verən hakimlərə qarşı şəxsi sanksiyalar tətbiq etməyə hazırlaşır.

BCM-in məlum qərarından sonra ABŞ-ın yeni prezidentinin gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals X hesabında yazıb:

“Yanvar ayında BCM və BMT-nin antisemit qərəzinə güclü cavab gözləmək olar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər