Ermənistan və İran xarici işlər nazirləri Ararat Mirzoyan və Abbas Əraqçi həftə ərzində ikinci dəfə telefonla danışıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri "X" hesabında məlumat yayıb.
“Həmkarımla telefon danışığında gündəlik məsələləri, o cümlədən vətəndaşlara əlavə fayda gətirə biləcək sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə etdim”, – deyə Mirzoyan qeyd edib.
Əvvəlki görüş noyabrın 14-də baş tutub. Həmin danışıq zamanı Ermənistan xarici işlər naziri İrəvan və Tehran arasında regional hadisələrlə bağlı məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.