Livanda atəşkəs rejiminə əməl etmək üçün ABŞ-ın rəhbərlik etdiyi xüsusi qurum yaradıla bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, ABŞ BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) səmərəsizliyi səbəbindən yeni qurumun yaradılması təklif edib. Belə ki,təklif olunan qurum atəşkəs rejiminin pozulmasına nəzarət edəcək
Bu qurumda Vaşinqtondan başqa kimin iştirak edəcəyi hələlik məlum deyil .