11:57
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) qəbul etdiyi qətnaməyə cavab olaraq, bir sıra yeni və qabaqcıl sentrifuqları işə salacağını bildirir.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı və Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.

“İranın Atom Enerjisi Təşkilatının rəhbəri təsiredici tədbirlərin görülməsi, o cümlədən müxtəlif tipli yeni və qabaqcıl sentrifuqaların əhəmiyyətli seriyasının işə salınması barədə əmr verib”, - bəyanatda belə deyilir.

Yada salaq ki, bundan öncə AEBA Böyük Britaniya, Fransa və Almaniyanın təşəbbüsü ilə İranı agentlik və onun monitorinq missiyası ilə əməkdaşlıq etmədiyinə görə qınayan qətnamə qəbul edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər