Rusiyanın “Boeing 737” sərnişin təyyarəsi Surqut aeroportunda təcili eniş edib.
Teleqraf.com "RİA-Novosti"yə istinadla xəbər verir ki, təyyarə İqarka-Ufa marşrutu üzrə hərəkət edirmiş.
Hava limanının yaydığı məlumatda bildirilir ki, təyyarə problemsiz enib və hər şey qaydasındadır.
Təyyarədə 121 nəfər olub, onlardan 116-nın sərnişin olduğu qeyd edilir.