17 May 12:33
9 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Prezidenti Maya Sandu bu il başa çatan mandatı müddətində Dnestryanıdakı qondarma rejimlə bir dəfə də görüşməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkə liderinin özü məlumat verib.

“Belə görüşlər keçirmək üçün heç bir əsasım yoxdur”, - Sandu deyib.

2020-ci ildə seçkilərdə qalib gəldikdən sonra Sandu separatçı rejimlə bağlı bir neçə sərt bəyanatlar verib. Moldova rəhbəri onu da vurğulayıb ki, sələfləri kimi qondarma qurumun başçısı Vadim Krasnoselski ilə görüşmək niyyətində deyil.

Son dövrlərdə separatçılarla Moldovanın mərkəzi hökuməti arasındakı gərginlik xeyli artıb. Ukraynanın Dnestryanı ilə sərhədi bağlamaq qərarından sonra separatçılar Kişinyovu malların tədarükünü əngəlləməkdə, təzyiq göstərməkdə, iqtisadi və digər sanksiyalar tətbiq etməkdə ittiham edib.

Bundan əvvəl ATƏT-in Moldovadakı missiyası bildirib ki, gərginliyin artmasına səbəb dialoqun dayandırılmasıdır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da söyləyib ki, Moldova tərəfinin mövqeyini dəyişmədən Dnestryanı münaqişəsinin nizamlanması prosesində irəliləyiş mümkün deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər