Yunanıstan parlamenti Fransa istehsalı olan 18 ədəd "Rafale" hərbi təyyarələrinin alınmasına dair qanun layihəsini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, Şərqi Aralıq dənizində Türkiyə ilə üz-üzə gələn Yunanıstan hərbi imkanlarını artırmaqda davam edir.
Parlamentin qərarından sonra Afina 2,5 milyard avro qarşılığında 18 ədəd qırıcı alacaq. İlkin məlumatlara görə, qırıcıların 6-sı təzə, 12-i isə istifadə ediləndir. Qırıcıların bu ilin birinci yarısında ölkəyə gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, Yunanıstan 2021-ci il üçün silahlanmaya ayırdığı maliyyəni 5 dəfə artıraraq, 5,49 milyard avroya çatdırıb.