Misirin şimal-şərqində novbəti qanlı terror akisiyası baş verib.
Teleqraf.com-un məlumatına görə, Misir Səhiyyə Nazirliyinə bağlı Təcili Kömək Mərkəzi İdarəsinin rəhbəri Xalid əl-Natiq, Şimali Sina şəhərindəki partlayışda indiyə qədər 26 adamın həyatını itirdiyini, 7 nəfərin isə yaralandığı söyləyib.
Təcili yardım maşınlarının hadisə yerindən yaralıları nəql etməyə davam etdiyini ifadə edən Natiq, ölü sayının artması ehtimalından narahat olduğunu dilə gətirib.
Nail Cəlil