17 May 2021 00:14
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya İsrail və Fələstinə müzakirə aparmaları üçün ev sahibliyi etməyə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.

O, Fələstin və İsraildəki mülki insanların ölümünü qınayaraq, atəşkəsin prioritet olmasının zəruriliyini ifadə edib:

“İsraillə ərəb ölkələri arasındakı normallaşma böhranın həlli üçün kifayət etmir. Gərginliyin səbəblərindən biri birbaşa görüşlərin əskikliyidir. Rusiya İsrail və Fələstin arasında birbaşa müzakirələrə ev sahibliyi edə bilər”.


Müəllif: Teleqraf.com