15 Noyabr 2021 10:14
5 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

BƏƏ vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl-Nəhyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya gəlir.

Teleqraf.com “Independent Turkish”-ə istinadən xəbər verir ki, səfərdən əvvəl Prezident Ərdoğanla telefonla danışan Zayedin çantasında başda iqtisadi məsələlər və ikitərəfli əlaqələr olmaqla bir çox mövzu var.

Zayedin Ərdoğanla müzakirə edəcəyi ən mühüm məsələlərdən birinin BƏƏ-nin İrandan keçən dəhlizlə Türkiyəyə ticarət yolunun açılması olacaq. Bildirilib ki, bu dəhliz reallaşacağı təqdirdə, BƏƏ və Türkiyə arasındakı daşınmaların müddətini 20 gündən 6-8 günə endirmək mümkün olacaq.

BƏƏ-dən yola düşərək Bəsrə körfəzi vasitəsilə İrana çatdırılan yük noyabrın 1-də Türkiyəyə çatıb. İran razılaşmanı rəsmən elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər