15 Noyabr 2021 12:59
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Sir Nik Karter Şərqi Avropadakı son gərginliklərin ardınca İngiltərə ordusunun Rusiya ilə müharibəyə hazır olmasının vacibliyini bildirib.

Teleqraf.com xəbər verir ki, general bu barədə BBC-yə müsahibəsində deyib.

General qeyd edib ki, Belarus və Ukrayna sərhədlərində yaşananlar Rusiya hökumətinin illərlə davam edən klassik diqqət yayındırma tədbiridir.

“Bu gərginlik müharibəyə çevrilə bilərmi” sualına gəlincə, general Karter bildirib ki, buna dəqiq cavab verə bilməz: “Biz ayıq-sayıq olmaqla yanaşı çəkindirici qüvvəmizə əmin olmalıyıq”.


Müəllif: Nemət