6 İyul 2022 22:56
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Milli Ordusu (SMO) Təl-Rıfat və Mənbiç kimi terrorçuların nəzarətində olan bölgələrdən gələn təhlükələrlə mübarizədə hərbi imkanlarını ən yaxşı səviyyədə saxlamağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Türkiyənin YPG/PKK terror təşkilatına qarşı “Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyatlarına dəstək verən SMO yeni əməliyyatlara qatılmağa hazırlaşır.

Suriya-Türkiyə sərhədində yerləşən Azez bölgəsində aparılan hazırlıq zamanı zirehli texnika, çoxlüləli reaktiv yaylım atəş sistemi və minaatan kimi ağır silahların vəziyyəti, döyüşçülərin imkanları nəzərdən keçirilib.

SMO qüvvələri vaxtaşırı təlimlər keçirərək YPG/PKK terror təşkilatına qarşı mövqelərini möhkəmləndirir.


Müəllif: Mənsur Rəğbətoğlu