6 İyul 2022 19:38
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Boris Consonla yaşanan qalmaqaldan sonra hökumətin 31 əməkdaşı vəzifəsini tərk edib.

Teleqraf.com "The Guardian"a istinadən xəbər verir ki, Britaniyanın daha altı naziri istefa verib və baş nazir Boris Consondan da vəzifəsini tərk etməsini istəyiblər.

Böyük Britaniyanın mənzil-kommunal xidmətlər, icmalar və yerli hökumətlər naziri Maykl Qov getdiyini elan edərək , Consonu getməyə çağırıb.

Reuters xəbər verir ki, Britaniyanın Maliyyə Xidmətləri katibi Con Qlen də bir neçə gün əvvəl istefa verib.

O, Consona yazdığı məktubda “siz ölkəyə rəhbərlik etməyə davam edərkən maliyyə xidmətləri sektorunda çalışa bilmərəm", sözlərini yazıb.

Təhsil naziri Robin Uoker, Ailə və uşaq komitəsinin rəhbəri Uill Kvins, Baş Prokuror Viktoriya Atkins və Kənd təsərrüfatı naziri Co Çörçill istefa veriblər.
Daha öncə müdafiə naziri Reyçel Maklin, maliyyə və səhiyyə nazirləri Rişi Sunak və Sacid Cavid istefa veriblər.

İstefa dalğası keçən həftə Mühafizəkarlar Partiyasından olan deputat Kris Pinçerlə bağlı qalmaqaldan sonra başlayıb. Məlum olub ki, Pinçer Pikadillidə mühafizəkarlar üçün nəzərdə tutulmuş "Karlton" elit London klubunda sərxoş halda dava salıb və iki kişiyə təcavüz edib.

Qeyd olunub ki, Conson Pinçeri vəzifəyə təyin edərkən baş vermiş hadisədən xəbəri olub.

Baş nazir Pinçerin təyinatına görə artıq üzr istəyib.


Müəllif: Teleqraf.com