Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin altıncı ayında prezident Vladimir Putinlə dostluq münasibətində olan Almaniyanın yeddinci kansleri Gerhard Şröder Rusiyanın Ukrayna ilə bağlı arzularını Qərbə çatdırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Stern" məlumat yayıb.
Şröder deyib ki, Kreml danışıqlar vasitəsilə həll yolu tapmaq istəyir və bu, yaxşı xəbərdir.
Bundan əlavə, Putinin dostunun fikrincə, Ukrayna üçün NATO üzvlüyünə alternativ Avstriyadakı kimi hərbi neytrallıq ola bilər.
Şröder həmçinin qeyd edib ki, Donbass üçün İsveçrə kanton modelinə əsaslanan həll yolu tapılmalıdır.
Qeyd edək ki, 1998-2005-ci illərdə Almaniya hökumətinə rəhbərlik etmiş Şröder uzun illər Rusiya dövlət şirkətlərində işləməsi və Rusiya prezidenti Vladimir Putinlə dostluğuna görə tənqid olunur.