20 Yanvar 2023 14:36
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Braziliyada Amazon meşələrinin qırılması daha da artıb. Keçən il gündəlik təxminən 3 min futbol sahəsinə bərabər meşəlik ərazidə ağaclar kəsilərək məhv edilib.

Teleqraf.com xəbər verir ki, məlumatı Amazon İnsan və Ətraf Mühit İnstitutu yayıb.

Açıqlamaya görə, 2022-ci ilin dekabr ayında 287 kvadrat kilometr meşə sahəsi məhv edilib. Bu, 2021-ci ilin dekabr ayı ilə müqayisədə 105 faiz çox sahəyə uyğundur.

Yer kürəsində oksigenin 20 faizini təmin edən və “dünyanın ağciyərləri” adlanan Amazon meşəsi ildə 1 milyard tondan çox atmosfer karbonunun qarşısını alır.


Müəllif: Yeganə Oqtayqızı