7 Mart 2023 16:33
1 775
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının siyasi qanadı HDP-dən (“Xalqların Demokratik Partiyası”) Türkiyə müxalifətinin Millət İttifaqının vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna növbəti dəstək mesajı gəlib.

Teleqraf.com xəbər verir ki, Kılıçdaroğlunun namizədliyinin elan edilməsindən sonra HDP-dən olan Mithat Sancardan sonra bu partiyanın həmsədri Pərvin Buldan da məsələ ilə əlaqədar açıqlama verib.

HDP-nin həmsədri Buldan partiyasının parlament fraksiyasının toplantısında Kılıçdaroğlunun namizədliyi ilə bağlı danışıb:

“Kılıçdaroğlunu namizədliyinə görə təbrik edirəm, xeyirli olsun. Bizim problemimiz sadə hesablamalar deyil, siyasi prinsiplər və xalqlarımıza qarşı məsuliyyətimizdir. İctimaiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, hadisələrin gedişindən asılı olaraq yaxın günlərdə prezidentliyə namizədin irəli sürülməsi siyasətimizi yenidən nəzərdən keçirəcəyik”.

Buldan yanvar ayında verdiyi açıqlamada belə demişdi:

“HDP olaraq prezidentliyə namizədimizi ən qısa zamanda Türkiyə xalqları ilə bölüşəcəyik. HDP öz namizədini irəli sürəcək və öz namizədi ilə seçkiyə gedəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu
PKK

Oxşar xəbərlər