4 Aprel 2023 16:58
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin sözçüsü Dmitri Peskov Finlandiyanın NATO üzvlüyünə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, sözçü NATO-nun genişlənməsinə Rusiyanın maraqları və təhlükəsizliyi baxımından mənfi qəbul etdiklərini deyib.

“Bunun mövcud gərginliyi daha da artıracağına inanırıq. NATO bir çox cəhətdən Rusiyaya düşmən münasibət bəsləyən qurum olaraq qalır”, - Peskov vurğulayıb.

O, Rusiyanın Finlandiyanın NATO-ya üzvlüyü istiqamətində müxtəlif addımlar atacağını söyləyib: “Öz təhlükəsizliyimizi taktiki və strateji cəhətdən təmin etmək üçün əks tədbirlər görəcəyik. Bu tədbirlər lazım formada görüləcək”.

Peskov Finlandiyaya NATO infrastrukturu və silahlarının yerləşdirilməsi prosesini yaxından izləyəcəklərini qeyd edib.

Ukraynanın mümkün NATO üzvlüyü ilə Finlandiya arasında mühüm fərqlərin olduğuna diqqət çəkən Peskov iki ölkə arasındakı durumu müqayisə etməyin mümkün olmadığını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər