24 May 2023 13:12
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus koronavirusun daha təhlükəli ştammı barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, ÜST rəhbəri təhlükənin hələ sovuşmadığını deyib.

“COVID-19-un qlobal sağlamlıq üçün fövqəladə hal kimi başa çatması bunun ictimai sağlamlıq üçün yaratdığı qlobal təhlükənin sonu demək deyil”, - Qebreyesus bildirib.

Onun sözlərinə görə, daha yoluxucu və daha ölümcül koronavirus ştammının yaranma riski real olaraq qalır: “Ölkələri yeni fövqəladə vəziyyətlərə fəal hazırlaşmağa çağırmaq lazımdır ki, sonrakı pandemiyalar koronavirusun yaratdığı qədər dağıdıcı gücə malik olmasın”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər