24 İyul 2023 17:16
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İstintaq Komitəsi bir qrup rusiyalı jurnalistin Zaporojye vilayətində bombardman edilməsinə görə cinayət işi qaldırıb.

Teleqraf.com xəbər verir ki, komitənin bəyanatında Ukrayna ordusunun nüvə stansiyası ərazisində qadağan olunmuş kaset bombalarından istifadə etdiyi bildirilir.

Ötən gün baş vermiş hücumda “RİA Novosti”nin müxbiri Rostislav Juravlyov ölüb və 3 jurnalist yaralanıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Juravlyovun ölümündə Ukraynaya kaset bombası verənlərin də məsuliyyət daşıdığını bildirib: “Rus jurnalistin bu vəhşi qətliamını törədənlər mütləq layiq olduqları cəzanı alacaqlar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər