Yunanıstanda irimiqyaslı meşə yanğınları alovlanmaqda davam edir. Rayonlardan birində yanğın hərbi bazaya çatıb, nəticədə silah-sursat anbarı partlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Partlayışlar Volos şəhərinin yaxınlığındakı sursat anbarında baş verib. Partlayış nəticəsində yaxınlıqda yerləşən bir çox evlərə ziyan dəyib. Tələfat barədə məlumat verilməsə də, sakinlərin bir qismini təxliyə göstərişi verilib.
Qeyd edək ki, bölgədəki yanğınları söndürmək üçün artıq 7 təyyarə və 3 helikopter hadisə yerinə gəlib.