4 May 17:20
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Vladimir Zelenski barəsində axtarış elan edib.

Teleqraf.com xəbər verir ki, nazirliyin axtarış bazasında bu barədə məlumat yerləşdirilib.

Rusiya DİN Ukrayna liderinə qarşı cinayət işinin başlanması üçün səbəbinin nə olduğu barədə məlumat verməyib.

Mayın 2-də Krım beynəlxalq missiyasının rəhbəri Zaur Smirnov Zelenskiyə qarşı “yarımadaya hücumların təşkili və Ukraynada nasizmi bərpa etmək” ittihamı ilə cinayət işinin açılmasını tələb etmişdi.

Bundan başqa, Rusiya Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonu da axtarışa verib. Zelenski kimi, onun da axtarışa verilmə səbəbi açıqlanmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu