4 Sentyabr 2023 12:44
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinin G20 ölkələrinin Hindistanda keçiriləcək sammitində iştirakdan imtina etməsindən məyusdur.

Teleqraf.com xəbər verir ki, Amerika lideri buna baxmayaraq, çinli həmkarı ilə mütləq görüşəcəyini bildirib.

“Məyus oldum, amma onu görəcəm”, - Bayden deyib.

Si Cinpin G20 toplantısına şəxsən qatılmayacaq. Çini sammitdə baş nazir Li Qianq təmsil edəcək.

Sammit sentyabrın 7-10-da Dehlidə keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər