2 Oktyabr 2023 00:10
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin paytaxtı Ankara şəhərində terror aktını törədənlərdən biri PKK üzvüdür.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücuma cəhd edən 2 terrorçu təhlükəsizlik qüvvələrimizin dərhal reaksiyası nəticəsində zərərsizləşdirilib.

"Hadisə zamanı yaralanan iki polis qəhrəmanımızın müalicəsi davam edir. İstintaq zamanı terrorçulardan birinin şəxsiyyəti müəyyən edilib. O, separatçı terror qruplaşması PKK-nın üzvü olub. İkinci terrorçunun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir".

Hücum cəhdinin qarşısı alınan yerdə aparılan müayinələr zamanı 9,7 kq S-4 partlayıcısı, 3 əl qumbarası, bir qumbaraatan, “Qlok” markalı səsboğuculu tapança, həmçinin iki avtomat aşkar edilib.

Terrorçular Kayseri vilayətinin Dəvəli rayonundakı özəl müəssisədə baytar işləyən Türkiyə vətəndaşı Mikayıl Bozlaqanı öldürüb və daha sonra onun avtomobilini qaçırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər