21 Fevral 17:51
1 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq ictimaiyyət Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin nüvə silahından imtina etməsi məsələsinə yenidən baxması ilə bağlı hədələrini çox ciddi qəbul etməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Zelenski Münxen konfransındakı çıxışında Kiyevin nüvə silahından imtina etməsi məsələsinə yenidən baxacağı ilə hədələyib. Beynəlxalq ictimaiyyət bu cür təhlükəli bəyanatları çox ciddi qəbul etməlidir. Üstəlik, Ukrayna hələ SSRİ dövründən nüvə silahı istehsal etmək üçün elmi və istehsal potensialına malikdir”, - Zaxarova bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər