24 Aprel 16:39
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi bəzi ölkələrin rəsmilərinin 1915-ci il hadisələri (qondarma erməni soyqırımı) ilə bağlı açıqlamalarına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, nazirlikdən bu bəyanatların qəbuledilməz olduğunu bildirilib.

“Bəzi radikal dairələrin xoşuna gəlmək üçün 1915-ci il hadisələri ilə bağlı verilən birtərəfli bəyanatları rədd edirik. Tarixi faktları təhrif edən bu bəyanatlar həm də beynəlxalq hüquqa ziddir. Avropa İnsan Haqları Məhkəməsi 1915-ci il hadisələrinin qanuni müzakirə predmeti olduğunu açıq şəkildə qeyd edib. Tarixlə bağlı bu qərəzli və birtərəfli bəyanatlar iki xalq arasında barışıq səylərinə zərər vurmaqla yanaşı, həm də nifrət cinayətləri törətməyə meylli radikal qrupları təşviq edir.

Biz bütün tərəfləri Birgə Tarix Komissiyasının yaradılması təklifimizi və Ermənistanla başlayan normallaşma prosesini dəstəkləməyə çağırırıq”, - bəyanatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər