ABŞ Prezidenti Cozef Bayden Ukrayna hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edək ki, qanun layihəsi aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Paketin həcmi 95 milyard dollar təşkil edir. Bura Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla, münaqişə zonalarında mülki insanlara humanitar yardım göstərmək üçün vəsait daxildir. Həmçinin ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqləyib.