28 Aprel 01:59
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə kütləvi etiraz nümayişləri dalğası baş verib.

Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, ən böyük aksiya Təl-Əvivdə hökumət binaları kompleksi yaxınlığında keçirilib.

Jurnalistlərin sözlərinə görə, etirazçılar hakimiyyətdən fələstinli radikalların Qəzza zolağında saxlanılan girovların dərhal azad edilməsinə nail olmaq üçün irəli sürdüyü razılaşmanın şərtləri ilə razılaşmağı tələb ediblər.

Etirazçılar həmçinin Benyamin Netanyahunun başçılıq etdiyi hazırkı hökuməti girovların hazırkı vəziyyətinə görə məsuliyyət daşıdığı üçün erkən seçkilərin keçirilməsinin tərəfdarıdırlar.

Oxşar hadisələr ölkənin digər şəhərlərində də baş verib. Netanyahunun dənizkənarı Qeysəriyyə şəhərindəki evinə yüzlərlə insan toplaşıb.


Müəllif: Pərvin Cəfərova