10 May 16:52
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur serialı olan "Kızılcık Şerbeti"nin Fatihi, aktyor Doğukan Güngör ailəsi haqqında açıqlaması ilə hər kəsi təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, Doğukan Güngör "Ali ile aramızda" verilişində ata tərəfindən azərbaycanlı olduğunu etiraf edib: "Anam alim, atam isə parlamentdə müşavir idi. Atam azərbaycanlıdır. O, Hacettepe Universitetində təhsil alıb. Sonra Almaniyada yaşayıb. Mən 7 yaşında olanda anamla atam ayrılıb.

Mən anamla İzmirə getdim. İlin 3-4 ayını Almaniyada atamla keçirirdim. Məktəb bitən kimi təyyarəyə minib Almaniyaya gedərdim. Hələ də ailə üzvlərimin bir çoxu Almaniyada yaşayır. Babam intellektual adam idi. Biz ığdırlıyıq. Daş üstündə daş yoxkən atam Hacettepe universitetinə daxil olub. Anam Saloniki köçmənidir, Atatürkçüdürlər. Ata tərəfim azərbaycanlıdır və daha mühafizəkardırlar. Qollarımda döymə var, amma isti havada Iğdırda uzunqolda gəzirdim. Təbii ki, bu, məcburi deyildi, hörmət etdiyim və nəzakət göstərdiyim üçün elə edirdim".


Müəllif: Rəqsanə Həsənova